Zöhrə Haşımova

Zöhrə Haşımova

Zöhrə Haşımova

Venatura Clinic

Fizioterapiya və Reabilitasiya

Randevu al

Təhsili:

Zöhrə Haşımova 2006-2012-ci illərdə Azərbaycan Universitetinin Tibb Fakültəsini bitirib. Daha sonra 2012-2019-cu illərdə İstanbul Universitetinin Fizioterapiya və Reabilitasiya Şöbəsində rezident kimi çalışaraq təhsil alıb.

Türkiyədə 2012-ci ildə Universitetlərarası Komitənin Xarici Dil İmtahanı (ÜDS), 2013-cü ildə Tibbdə İxtisas (Uzmanlıq) İmtahanı (TUS), Səviyyə Müəyyənləşdirmə İmtahanı (STS) və 2019-cu ildə Fizioterapiya və Reabilitasiya Şöbəsində ixtisas (uzmanlıq) bitirmə imtahanını uğurla keçərək müvafiq diplomlar əldə edib.

İş təcrübəsi:

2019-2020-ci illərdə Atlas Universitetinin Tibb Xəstəxanasında, 2020-2021-ci illərdə BHT Klinik İstanbul TEMA xəstəxanasında həkim işləyib. 2021-ci ildən “Liv Bona Dea Beynəlxalq Hospital”da çalışır.

Araşdırmaları bir neçə beynəlxalq konqreslərdə təqdim olunub.

Zöhrə Haşımova Türk Təbiblər Birliyi və Türkiyə Fizioterapiya və Reabilitasiya Dərnəyinin üzvüdür.