"Venatura Clinic" olaraq cəmiyyətə faydalı, qoruyucu və bütüncül, hərtərəfli yanaşmamız və daim biliklərini yeniləyən yerli və xarici peşəkar mütəxəssislərimizlə sağlıq sahəsində yeni üfüqlər açaraq xidmətinizdə olmaqdan qürur duyuruq.
Missiya: Bizim missiyamız fiziki, əqli və emosional rifah arasında mürəkkəb əlaqəni təmin etməklə fərdlərə bütöv və fərdiləşdirilmiş sağlamlıq xidməti göstərmək, onlara optimal sağlamlıq və rifah əldə etmək imkanı verməkdir. Biz ənənəvi və alternativ müalicə üsullarını birləşdirməklə sağlamlıq problemlərinin əsas səbəblərini aradan qaldıran və uzunmüddətli sağlamlığı təmin edən bir yanaşma tətbiq etməyə çalışırıq.
Baxış: Baxışımız təcrübəli mütəxəssislərin geniş spektrli sağlamlıq üsulları və bütünləyici müalicə metodlarını özündə əks etdirən şəfa mühiti yaratmaqdır. Biz sübuta əsaslanan müalicələr, maarifləndirmə resursları və davamlı dəstək təqdim etməklə fərdlərə bütünlüklü sağlam həyat tərzi yaşamağa kömək etməyi hədəfləyirik.
Modern tibbdə ən son texnoloji imkanlara, ən son nəsil dərmanlara və terapiyalara rəğmən xroniki xəstəliklər çox sürətli bir şəkildə artmağa davam edir və bu xəstəliklər tam müalicə edilə bilmir.
Xəstəlik simptomlarını azaldıb xəstələri müvəqqəti olaraq rahatlamağa yarayan dərmanlar və terapiyalar sağalmaq üçün yetərli olmamaqdadır. Müalicə üçün xəstəyə və xəstəliklərə bütünləyici bir şəkildə yanaşma lazımdır.
Xəstəyə bütünləyici şəkildə yanaşmaq dedikdə; onun xəstələnməsinə səbəb olan bütün yan təsirləri aşkar edərək və onlara müdaxilə edərək xəstənin sağlamlığlna qovuşması deməkdir. Bu yanaşma, bir xəstəliyin fiziki, zehni, duyğusal, sosial və ruhsal tərəflərini də nəzərə alır.
Bütüncül yanaşması ilə Azərbaycanda bir ilk olan Venatura Clinic hər biri öz sahəsində uzman həkimləri, Hindistandan özəl olaraq gələn yoqa təlimçisi və son texnoloji tibbi imkanları ilə şəfa və sevgi yuvası olaraq qapılarını sizə açır.
Bu bütünləyici yanaşmayla, Venatura Clinic”də ətraflı məumatınız, fiziologiyanız, genetik quruluşunuz, bədənsəl, zehni və ruhsal durumunuz kimi bütün daxili faktorlar və yaşam tərziniz, fiziki və sosial ətrafınız kimi bütün xarici faktorlar dəyərləndirilərək xəstəliyinizin altında yatan əsas səbələr müəyyən edilir.
Bunları aradan qaldırmağa yönəlmiş tədbirlər və müalicə planları yenə sizin yaşam tərziniz , xarici faktorlaırnız və sağlıqla əlaqədar hədəfləriniz nəzərə alınaraq hazırlanır. Hər bir fərd bənzərsiz və özünəməxsus olması səbəbi ilə klinikamızda hər bir şəxsin müalicəsi onun özünə uyğun ehtiyaclarına və şərtlərinə uyğun olaraq fərdiləşdirilir. Beləliklə, müalicənin uğurlu olması böyük ölçüdə artaraq təkrardan sağlamlığa qovuşmaq mümkün olur.
Venatura Clinic olaraq modern tibbin ən son texnoloji imkanları və ənənəvi qədim bilgiləri dəyərləndirib xroniki xəstəliklərin tam sağalması üçün biri-birini tamamlayan bütün müalicə üsullarını bərabər istifadə edirik:
Reseptlə dərman – Bitkisəl müalicə kombinasiyaları, bioloji fəallığa malik qida əlavələri, fiziterapiya.
Sağlam qidalanma, stresi idarəetmə texnikaları kimi yaşam tərzi olaraq əsaslandırılan sübuta əsaslanan müalicə edici müdaxilələr və s.
Müalicə sonrasında isə qoruyucu həkimlik uyğulanaraq həyat boyu optimal sağlamlıqda qalmağınızı hədəfləyirik. Sizə özəl qoruyucu sağlamlıq xidmətləri və proqramları hazırlayaraq sağlamlığınızı qorumağınızda sizlərə dəstək olmağa davam edirik.