Biorezonans Terapiya

Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan həkimdir. Terapiya qeyri-cərrahi təbabətin geniş sahəsini əhatə edir.

Terapiya bölməsində daxili orqanların diaqnostikası, müalicə və profilaktikası aparılır. Qeyd etmək istərdik ki, terapevt pasiyentin müraciət etməli olduğu ilk həkimdir. O, pasiyentin şikayətlərini dinləyir, xəstəliyin tarixi, pasiyentin həyat tərzi, irsiyyəti, keçirdiyi xəstəliklər və allergik reaksiyalarının olması barədə suallar verir.

İlkin baxış mərhələsindən (pasiyentin mövcud vəziyyətini qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqini ölçür, ürəyinə və ağciyərlərinə qulaq asır və s.) sonra pasiyentə lazım olduğu təqdirdə şikayətə uyğun müvafiq əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s.) təyin edilir.

Terapevt xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.

Terapiya müxtəlif sahələrə bölünür:

Ürək-damar xəstəlikləri (revmatizm, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s.),

Tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s.)

Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit və s.)

Revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)

İfrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində

zədələnmələri və s.)

Endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri) və s.

Terapiya bölməsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir, o cümlədən pulmonoloji, endokrinoloji, qastroentoroloji, nevroloji, nefroloji, revmatoloji, allerqoloji, dermatoloji və digər sahələr üzrə tibbi xidmətlər göstərilir.