Diyetologiya - qidalanmanın sağlamlığımıza necə təsir etdiyini öyrənən elmdir.
Elmi araşdırmalar göstərir ki, pəhrizimizdəki dəyişiklik piylənmə, diabet və ürək xəstəlikləri də daxil olmaqla müxtəlif sağlamlıq problemlərinin qarşısını almağa və ya nəzarət etməyə kömək edir.
Mediada, sosial şəbəkələrdə pəhriz və qidalanma ilə bağlı çoxlu məsləhətlər var, lakin bunların hamısı sübuta əsaslanmır və nüfuzlu mənbələrdən olmaya bilər. Bununla belə, diyetoloqlar pəhriz və qidalanma problemlərini qiymətləndirən, diaqnoz qoyan və müalicə edən yeganə ixtisaslı sağlamlıq mütəxəssisləridir.
Klinikamızın diyetologiya bölməsində ixtisaslı mütəxəssislər tərəfindən həyat keyfiyyətini artırmaq, artıq çəki – piylənmənin profilaktikası və müalicəsi həyata keçirilir.
Dietologiya bölməsinin işləmə prinsipi Funksional – İnteqrativ Tibb Yanaşması üzrə aparılır.
Funksional Tibb Yanaşması xroniki xəstəliklərin kök səbəblərini araşdıraraq, xəstəliyi deyil xəstəni – insanı müalicə etməkdir. Kök səbəblərin araşdırılması üçün müxtəlif funksional diaqnostik müayinə üsullarından istifadə edilir.
Yaşlanma əleyhinə tibbi yanaşma dedikdə – Fizioloji, Foto və digər faktorlar nəticəsində meydana gəlmiş yaşlılıq əlamətlərindən tutmuş, xroniki, autoimmun xəstəliklər, onların profilaktikası və müalicəsi nəzərdə tutulur.
Anti – aging təbabətini daxildən gələn gözəllik olaraq da adlandıra bilərik.
Yaşlanma yaxud yaş aldıqca bir çox insanlarda rast gəldiyimiz xəstəliklər xronikidir və bu xəstəliklərin müalicəsində modern deyə adlandırdığımız klassik tibbi yanaşmalar effektsiz olur.
Xroniki xəstəliklərdə effektiv olan son illərdə ABŞ, və Avropa ölkələrində geniş yayılmış “Funksional Tibb”, “Inteqrativ Tibb” yaxud “Holistik Tibb” yanaşmasıdır.
Hərfi mənada “bütöv”, “tam”, “bütövə baxmaq” mənasını verən holistik yanaşma insanı mənəvi, fiziki və sosial mühiti ilə birlikdə bütöv hesab edir. Xəstəliyə deyil, xəstəyə diqqət yetirir. Orqanizmin ahəngdar fəaliyyətini pozan və xəstəliklərə səbəb olan amilləri araşdırır. Yalnız xəstəliyin əlamətlərini aradan qaldırmaq deyil, həm də problemlərin kökünə vararaq real və qalıcı müalicəni təmin etmək məqsədi daşıyır. Diaqnoz və müalicədə müasir və klassik təbabətin bütün imkanlarından yararlanmaqla yanaşı, yan təsirsiz alternativ üsullara da üstünlük verir. Həkim və xəstə arasında dostluq və etimada əsaslanan bərabərhüquqlu münasibətin qurulduğu, xəstənin maarifləndiyi və müalicə prosesində fəal iştirak etdiyi müalicə yanaşmasıdır. Klassik təbabət xəstəliyə yönəlmiş bir yolla getsə də, holistik tibb sağlamlığa yönəlmiş perspektivə üstünlük verir. Bu xüsusiyyətlərinə görə holistik tibb "fərdiləşdirilmiş" yanaşmaya uyğun bir müalicə üsuludur.
Müasir təbabətin atası sayılan Hippokrat “İçimizdəki təbii müalicəvi güc ən mühüm şəfa mənbəyidir” deyir. Holistik həkimin vəzifəsi xarici bir terapevtik maddənin tətbiqindən əvvəl bu müalicəvi gücü aktivləşdirməkdir. Ən əsas prinsip xəstəyə zərər verməməkdir. Müalicə prosesində xəstənin maarifləndirilməsi və məsuliyyət daşıması holistik tibbin əsas prinsiplərindən biridir. Müalicədə elmi əsaslı və heç bir yan təsiri olmayan ənənəvi təbii müalicə modelləri ilə yanaşı, son elmi araşdırmalar da böyük sürət və effektivliklə istifadə olunur.
Holistik tibb xəstəliyin əlamətlərini aradan qaldırmaqla yanaşı, problemlərin kökünə vararaq real və qalıcı müalicəni təmin etməyi hədəfləyir. O, xəstəliyin coğrafiyasından, yəni bədənin hansı nahiyəsində baş verməsindən daha çox xəstəliyin altında yatan əsas mexanizmdən bəhs edir.
Ona görə də holistik həkimləri xəstəlik dedektivləri kimi qələmə vermək heç də yanlış olmaz.
Anti-aging və regenerativ tibbdə daxili müalicə ilə yanaşı xaricdən yerli müalicələr də tətbiq edilir.
CGF, PRP, Ozonoterapiya, mezoterapiya və digər müalicə üsulları kompleks müalicə problemin qısa zamanda, köklü həlli üçün olduqca vacibdir.