Endokrinologiya

Endokrinologiya daxili sekresiya vəzilərindən ifraz olunan kimyəvi maddələr olan hormonları öyrənən elm sahəsidir. Hormonlarımız bədənimizdəki kimyəvi hadisələrin və hüceyrələr arası əlaqənin əsas mesajçiları hesab olunur. Daxili sekresiya vəziləri endokrin sistemi təşkil edir. Endokrin sistem bədənin hər tərəfinə səpələnmişdir və əsas olanları aşağıdakı kimi sadalanır:

Hipotalamus və hipofiz

Tiroid (Qalxanabənzər vəzi)

Paratiroid (Qalxanabənzər ətraf vəziləri)

Mədəaltı vəzi

Böyrəküstü vəzilər

Yumurtalıqlar və testislər

Bədənə qəbul edilən qidaların bir sıra reaksiyalardan keçərək lazımlı enerjiyə və orqanizmamız üçün lazım olan maddələrə çevrilməsi prosesi isə "metabolizma" olaraq adlanır. Hormonlar metabolizmamızın tənzimlənməsində mühüm rol oynayır.

Endokrinologiya və metabolik xəstəliklər hormonların artıqlığı, hormonların çatışmazlığı və ya ifraz olunmaması və ya hormonların təsirinin azalması, daxili sekresiya vəzilərinin struktur pozğunluqları, şəkərli diabet, piylənmə, karbohidrat, yağ və zülal mübadiləsinin pozulması ilə bağlı patologiyaları araşdırır. Endokrin sistem xəstəlikləri olduqca genişdir. Çox rast gəlinən xəstəliklər aşağıdakılardır:

Diabet (Şəkər xəstəliyi)

Hipoqlikemiya (aşağı qan şəkəri)

Piylənmə

Hipotiroidizm (qalxanabənzər vəzinin zəif işləməsi)

Hipertiroidizm (qalxanvari vəzin həddindən artıq işləməsi)

Zob

Haşimoto xəstəliyi

Tiroid vəz düyünləri

Tiroid vəz xərçəngi

Yağ metabolizması pozğunluqları (qan yağlarının xolesterin trigliserid artıqlığı)

Endokrin hipertoniya (yüksək qan təzyiqi)

Metabolik sindrom

Prolaktin hormonunun artıqlığı

Hipofiz adenoması

Akromeqaliya (böyümə hormonu artıqlığı)

Hipofiz vəzi hormon çatışmazlığı

Cushing sindromu (kortizol hormonunun artıqlığı)

Adisson xəstəliyi (kortizol hormonu çatışmazlığı)

Adrenal törəmə (böyrəküstü vəzi şişləri)

Osteoporoz (sümük kütləsində azalma)

D vitamini və digər vitaminlərin çatışmazlığı

Hiperparatiroidizm (paratiroid hormonunun artıqlığı)

Hipoparatiroidizm (paratiroid hormon çatışmazlığı)

Polikistik yumurtalıq sindromu

Hirsutizm (qadınlarda tüklənmə artışı)

Ginekomastiya (kişilərdə süd vəzilərinin böyüməsi)

Hipoqonadizm (cinsiyyət hormonlarının çatışmazlığı)