Fizioterapiya xəstəliklərin müxtəlif fiziki faktorlar istifadə etməklə müalicə üsuludur. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Bir çox xəstəliklərin profilaktikasında çox effektiv vasitə olan bu üsul bir qayda olaraq ağrısızdır. Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsidir. Fizioterapiya həm bütün orqanizmə, həm də ayrı-ayrı nahiyələr üçün tətbiq oluna bilər. Hansı prosedurun olacağı pasientin yaşından, xəstəliyin dərəcəsindən asılıdır.
Ən son avadanlıqlarla təchiz olunmuş Fizioterapiya bölməmizdə çalışan mütəxəssislərimiz dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış və uzunmüddətli ixtisasartırma kurslarında bilik və bacarıqlarını təkmilləşdirmişlər. Ən yüksək keyfiyyətləri özündə cəmləşdirən peşəkar həkimlərimiz tərəfindən aparılan müalicələr klinik protokollara uyğun, kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir.
Klinikamızın fiziki təbabət və reabilitasiya həkimləri tərəfindən təqdim edilən xidmətləri:
Günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Müalicə xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir.
Fizioterapiya bir çox xəstəliklərdə tətbiq olunur.
– Tənəffüs sistemi – bronxit, pnevmoniya, astma və s.;
– Lor xəstəlikləri – rinit, otit, tonzillit, faringit, laringit və s.;
– Stomatoloji xəstəliklərdə;
– Oftalmoloji xəstəliklərdə;
– Uroloji xəstəliklərdə;
– İnfeksion xəstəliklərdə – parotit, angina, kəskin respirator xəstəliklər;
– Oynaq, onurğa birləşdirici toxuma xəstəlikləri – osteoartroz, podaqra, artrit, osteoxondroz, onurğanın degenerativ dəyişikliyi, protruziya, yırtıq, travmatik zədələnmə, fibromialgiya, postur pozğunluğu, oskut-şlatter xəstəliyi və s;
– Yanıq;
– Dəri xəstəliklərində;
– Sinir-əzələ xəstəliklərində – nevroz, miqren, reyno xəstəliyi, miopatiya, miostimulyasiya, parez və s.;
– Pediatrik xəstəliklərdə – enurez, raxit, skolioz, kifoz, lordoz, tez-tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və s.
Fizioterapiyanın effektliyi: