Ginekologiya

Ginekologiya (yun. gyne – qadın və logos – elm) klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəlikləri və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir.

Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və. s.), uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərin, xoşxassəli şiş törəmələrin müalicə və profilaktikasını həyata keçirir. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur. Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.

Mama-ginekologiya bölməsində peşəkar mütəxəssislərimiz tərəfindən ginekoloji xəstəliklərin müalicəsi ilə yanaşı, hamiləlik önü və hamiləlik vaxtı müayinə və müşahidələr, doğuş sonrası təqiblər həyata keçirilməkdədir.

Ginekologiyada funksional tibb ilə klassik tibbi yanaşmalar arasındakı fərq nədir?

İlk mərhələdə yemək vərdişləriniz, sidiyə getmə, nəcis ifraz tezliyiniz və yeməkdən sonra yaşadığınız problemlər, yuxu müddətiniz, cinsi həyatınız, iş və evdəki vəziyyətiniz, sağlamlıq problemlərinizin ən kiçik detalları dinlənilir. Daha sonra xəstənin müayinəsi ümumi tibbi biliklərimizdən istifadə edilərək ətraflı fiziki müayinə, ardınca ginekoloji müayinə və əlavə görüntüləmə üsulları ilə tamamlanır.

İkinci mərhələdə ətraflı laborator müayinələr aparılır. Klassik təbabətdən fərqli olaraq müayinələr daha təfərrüatlıdır və bədəninizdə hər saniyə meydana gələn saysız-hesabsız reaksiyalarda lazım olan fermentləri, vitaminləri və mineralları araşdırmaq çox əhəmiyyətlidir. Son mərhələdə əlimizdə olan məlumatlar araşdırılır və nəticələr pasiyentimizlə paylaşılır. Problemlər müəyyən edilir və müvafiq yanaşmalar ətraflı izah edilir.

 

Ginekoloji Xəstəliklərdə Funksional Təbabətin Yeri

Ümumiyyətlə, funksional tibb xroniki xəstəliklərlə məşğul olur. Xüsusilə xroniki xəstəliklərdə əsas səbəb iltihabdır. Məqsəd iltihaba səbəb ola biləcək faktorları aradan qaldırmaqdır. Bu məqsədlə bəzən pəhriz tənzimlənməsi, bəzən də dəstəkləyici müalicələrlə iltihabın qarşısı alınmağa çalışılır.

Digər tərəfdən, tez-tez qarşılaşdığımız əhəmiyyətli bir xəstə qrupu menopauzada olan qadınlardır. Və çox üzücüdür ki, bir çox qadın heç bir dəstək olmadan menopauza dövrünü keçir və onların orqanizmindəki sürətli dəyişikliklər qadının psixoloji vəziyyətinin dəyişməsinə, depressiyaya düşməsinə səbəb olur.

Funksional təbabət yanaşmasında daha çox menopauza zamanı qadınlara dəstəkləyici müalicə tövsiyə edilir və bioekvivalent hormonal müalicə qadının sosial həyatını dəstəkləyir, ruhi sıxıntıların, orqanizmin qocalmasının qarşısını alır.