Kolonoskopiya

Kolonoskopiya yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi deməkdir. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.

Bundan başqa, maşayabənzər alətlə bağırsağın selikli qişasından kiçik toxuma nümunələri də götürmək (Biopsiya) və onu mikroskop altında müayinə etmək mümkündür. Tələb olunarsa nazik bağırsağın son santimetrlərinə də baxmağa cəhd etmək olar. Əgər yoğun bağırsağın bütün hissələrinə deyil, yalnız bağırsağın aşağı hissəsi olan düz bağırsağa baxılırsa, bu halda söhbət Rektoskopiyadan (düz bağırsaqın müayinəsi) gedir.

Bağırsağın müayinəsi həm ambulator şəraitdə, əksər hallarda daxili xəstəliklər üzrə ixtisaslaşmış müayinəxanada, yaxud da stasionar şəraitdə həkim-qastroenteroloq tərəfindən aparılır. Kolonoskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir. Daha çox maye qəbulu (məs., su, çay) tövsiyyə olunur.

 

Hansı hallarda kolonoskopiya aparılır?

  • Birinci dərəcə qohumlarda kolon xərçəngi və ya kolon bağırsaq polipinin müəyyən edilməsi
  • Nəcisdə qan
  • Qanazlığı və dəmir çatışmazlığı
  • Bəzi xroniki xəstəliklər
  • İltihablı bağırsaq xəstəlikləri
  • Defekasiya aktında ciddi dəyişikliklər
  • Qəbizlik və ya ishal
  • Kilo itkisi
  • Uzun müddətli qarın ağrısı

Poliplərin erkən diaqnozu müalicə üçün böyük əhəmiyyət daşıyır. Polip, bağırsağın içərisində inkişaf edən kiçik formalardır. Bunlar zaman ötdükcə böyüyüb, xərçəng olma riski daşıyır. Əgər poliplər tez aşkar edilirsə və çıxarılarsa, poliplərin səbəb olacağı kolon xərçənginin qarşısı alınmış olur. 

Nəcisdə qan hər zaman xərçəng olacaq demək deyil, babasil də ola bilər. Ancaq bunun düzgün müəyyən edilməsi üçün mütləq həkimlə məsləhətləşmək lazımdır.