Laboratoriya

Laboratoriya klinikamızda müxtəlif növ müayinələrin (ümumi kliniki, biokimyəvi, immunoloji, mikrobioloji, hormonal və s.) həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Laboratoriya xəstəxananın zəruri və ən vacib sahələrindən biridir. Xəstəxanada mövcud olan beynəlxalq standartlara cavab verən laboratoriya avadanlıqları bir çox xəstəliklərin və patoloji halların diaqnozu və müalicənin ən yüksək səviyyədə hərtərəfli araşdırılmasına imkan verir.

Laboratoriya bölməsinin tibbi personalı müxtəlif sahələr üzrə yüksək tibbi biliklərə malikdir. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. Müasir analizatorlarla təchiz olunmuş laboratoriyada daxili kontrol sistemi mövcuddur. Xarici kontrol sisteminə qoşulmaq planlaşdırılır.

Klinikamızda beynəlxalq standartlara cavab verən, avtomatik analizatorlarla təchiz olunmuş laboratoriya bölməsi fəaliyyət göstərir. Laboratoriya bölməmizdə aşağıdakı xidmətlər mövcuddur:

Qan (ümumi, klinik, biokimyəvi, şəkər, hormonlar);

Nəcis (ümumi, disbakterioza görə);

Sidik;

İnfeksiyalar;

XİQ də daxil olmaqla, hamiləlik zamanı bütün analizlər

Genetik müayinə (PCR, DNT)

Qeyd: Bu siyahı klinika tərəfindən doldurulmalı və təsdiqlənməlidir.