Qastroenterologiya

Qastroenterologiya həzm traktının ağızdan başlayaraq qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd yolları və mədəalətı vəzi xəstəlikləri ilə məşğul olan bölmədir. Qastroenterologiya bölümü müxtəlif həzm sistemi xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olur.

Qastroenterelogiyada xəstələrə diaqnoz və müalicə xidmətləri göstərilməkdədir. Diaqnozda istifadə olunan üsullar ümumilikdə endoskopik üsullardır. Bu üsullardan həzm sisteminin üst hissəsinin yoxlanışı–qastroskopiya, yoğun bağırsaq yoxlanışı-kolonoskopiya adlanir. Bu diaqnoz üsulları hal-hazırki dövrümüzdə kamera vasitəsilə həyata keçirilir. Xəstəyə ucunda kamera olan zond daxil edilərək müayinələr həyata keçirilir. Qastroskopiya və kolonoskopiya müayinəsi zamanı xəstə fiziki və psixoloji cəhətdən narahat olmaması üçün müayinə sedasiya ilə həyata keçilir. Sedasiya zamanı xəstə yatırılır və müayinə zamanı heç bir narahatlıq keçirmir.

Bir çox həzm sistemi xəstəliklərində oxşar simptomlar vardır. Qastroenterologiya bölməsinin məşğul olduğu xəstəliklər ümumiyyətlə yayılmış xəstəliklərdir. Həzm traktı ağızdan başlayaraq, anus dəliyinə qədər davam edir. Bu trakt udlaq, qida borusu, mədə, bağırsaqlar, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, rektum və anal kanalı əhatə edir. Bu xəstəliklərin müayinəsi, diaqnozu və müalicəsi peşəkar həkimlər tərəfindən aparılmalıdır.

Bu xəstəliklərin çoxu ümumilikdə yaşayış tərzini dəyişməklə azaldıla bilər. Bundan başqa bağırsaq alışqanlıqlarının dəyişdirilməsi, bağırsaq hərəkətinə mane olan problemlərin aradan qaldırılması və hər il vaxtlı-vaxtında xərçəngönü testlər və müayinələrdən keçməklə erkən diaqnozla müalicə edilə bilər.

 Qastrointestinal sistem xəstəlikləri

Qastrointestinal sistemin ilk qismi olan ezofaqus (qida borusu) xəstəlikləri-mədədə yanma hissi, udmada çətinlik və ağız qoxusu kimi simptomlarının səbəbi ola bilər. Reflü başda olmaqla, qida borusu ilə əlaqəli qanama və ya yad cism qaynaqlı ezofaqus yaralanmalarında, təmizləyici və dezinfeksiyaedici kimi kimyəvi maddələrin vurduğu ziyanlardan əmələ gələn qida borusu xərçəngi kimi ciddi xəstəliklərdə diaqnoz və müalicə qastroenteroloqlar tərəfindən həyata keçirilir.

Mədə xəstəlikləri

Mədədə narahatlıq sıx-sıx görülən xəstəliklər arasında yer tutmaqdadır. Davamlı fəaliyyət halında olan mədənin bir çox fərqli xəstəlikləri ortaya çıxa bilər. Qarın ağrısı və mədə qıcqırması kimi şikayətlərə bağlı olaraq qastrit, xora reflü, mədə xərçəngi kimi xəstəliklərin diaqnozu və müalicəsi edilməkdədir.

Bağırsaq xəstəlikləri

Bağırsaq və rektuma təsir edən bir çox fərqli xəstəlik vardır. Bağırsağın funksional pozğunluqları yəni düzgün istiqamətdə işləməsi vəziyyətində xəstəliklər meydana çıxa bilər. Bunlar kolit, poliplər, qıcıqlanmış bağırsaq sindromu, anal çatlar, qəbzlik, hemorroid, abses və ya bağırsaq xərçəngidir. Bağırsaq xəstəliklərinin bir çox diaqnozunda kolonoskopiya müayinəsi edilsə də fərqli diaqnoz üsullarına da üstünlük verilir. Xəstəlik diaqnozu qoyulduqdan sonra həkim tərəfindən uyğun müalicəyə başlanır.

 

Rektum xəstəlikləri.

Rektum xəstəlikləri tez-tez görülən xəstəliklər arasında yer almaqdadır. Bunlardan ən çox rast gəlinənlər hemoroid və hemoroidə bağlı qanamalar, anal fissür, anal qaşıntı, anal fistül və abseslərdir.

 

Qaraciyər, Öd və Mədəaltı vəzi Xəstəlikləri.

Qaraciyər xəstəlikləri son dərəcə önəmli xəstəliklər arasında yer almaqdadır. Qastroenteroloqların ən çox qarşılaşdığı xəstəliklərdir. Bunlar qaraciyər sirrozu, portal hipertenziya, qaraciyər xərçəngi, xoşxassəli qaraciyər şişləri, hepatit A, hepatit B, hepatit C və hepatit D kimi xəstəliklərdir.

Öd xəstəlikləri də qaraciyər və mədəaltı vəzlə bağlantılı irəliləyən xəstəliklər arasında yer almaqdadır. Öd yollarında irəliləyən bəzi xəstəliklər isə öd kisəsi daşı, öd kisəsi iltihabı, öd kisəsi polipi, öd yolunda meydana gelen travmalar və ya darlıqlar və öd kisəsi şişləridir.

Bu qrupa mədəaltı vəzlə bağlı əmələ gələn xəstəliklər də daxildir. Bədən daxilində önəmli hormonlar olan insulin və glükagon hormonları mədəaltı vəzdə hazırlanır. Hər hansı bir səbəblə mədəaltı vəzin götürülməsi halında bədən artıq bu hormonları əmələ gətirə bilməz. Bu səbəblə mədəaltı vəzi çıxarılmış insanların buna diqqət etməsi lazımdır. Pankreasa bağlı əmələ gələn bəzi xəstəliklər isə kəskin pankreas və xroniki pankreas infeksiyası və pankreas xərçəngidir. Qastroenterologiyada bu xəstəliklərin gedişatına görə diaqnoz və müalicə çalışmaları planlanır.

Qastroentereologiyada ehtiyac olduğu halda bir çox fərqli diaqnostik üsullara əl atılır.