Ultrasəs+

Ultrasəs müayinə (sonoqrafiya) – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodudur.

Ultrasəs aparatının iş prinsipi səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır. Ultrasəs müayinəsinin səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi dalğalardır.

Ultrasəs - tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir.

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktik cəhətdən zərərsiz olan bu metod damarların rəngli doppleri, qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin müayinəsi zamanı geniş istifadə edilir.

Klinikamızda beynəlxalq standartlara cavab verən müasir cihazlar elektron çox tezlikli sensorların tam paketi ilə təchiz olunub və bu da ultrasəs müayinəsinin bütün növlərinin icra edilməsinə imkan yaradır.

Ultrasəs müayinələri bu sahədə illər ərzində formalaşmış təcrübəyə malik ən yüksək kateqoriyalı həkimlər tərəfindən icra edilir.